Xəbərlər
Zaqatalada müəllimləri, şagirdləri arasında Mini Futbol idman turnirinə start verilib

ETİHİ Zaqatala rayon komitəsinin və Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şimsək ailəvi idman kompleksində "5 Mart Bədən Tərbiyəsi və İdman gününə" həsr olunmuş ümumtəhsil müəssisələrin müəllimləri, şagirdləri arasında keçirilən Mini Futbol idman turnirinə start verildi.Turnir dövlət himninin səsləndirilməsi, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsiylə başlandı.Turnirin açılışında ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova iştirak etdi.Turniri çıxıs sözü ilə açan ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov İttifaq üzvlərini 5 Mart Bədən Tərbiyəsi və İdman gunü münasibətiylə təbrik elədi,komandalara uğurlar arzuladı.











