Xəbərlər
Zaqatalada şagirdlər arasında Voleybol idman turnirinə start verilib
27/02/2026, 14:21

ETİHİ Zaqatala rayon komitəsinin və Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "26 Fevral Xocalı soyqırımına" həsr olunmuş ümumtəhsil məktəblilərin şagirdləri arasında Voleybol idman turnirinə start verildi.Turnir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsiylə başladı. Turniri giriş sözü ilə açan ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov Xocalı soyqırımının ağır dəhşətlərindən söz açdı və yarış iştirakçılarına uğurlar arzuladı.









