Xəbərlər
Zaqatalada "Şahin" hərbi -idman oyununun rayon birinciliyi keçirilib.

16.04.2026-cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsinin,Zaqatala rayon üzrə təhsil sektorunun və Zaqatala rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbliləri arasında "Şahin" hərbi -idman oyununun rayon birinciliyi keçirilib.
Tədbirdə ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov,Zaqatala rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova və Zaqatala rayonu Gənclər və İdman sektorunun baş məsləhətçisi Səfər Şabanov iştirak etmişdir.Tədbirdə çıxış edən ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov Zaqatala rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova və Zaqatala rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Səfər Şabanov "Şahin" hərbi-idman oyunlarının gənclərin vətənpər ruhda tərbiyələnməsi və onların fiziki cəhətdən inkişafı həmçinin gənclər arasında sağlam həyat tərzinin təşviqində belə tədbirlərin mühüm rol oynadığını bildirmişlər.
1 -ci yerə layiq görülən O.Rəsulov adına Muğanlı kənd tam orta ümumtəhsil məktəbinin komandası zona mərhələsində iştirak etməyə vəsiqə qazanmışdır.
“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.






