“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada təhsil işçilərinin yubiley tədbiri qeyd olunub

02/11/2026, 15:52
xeber1

ETİHİ Zaqatala Rayon Komitəsi və Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil sektorunun texniki işçisi Qurbanova Elnarə Rza qızının və E. Feyziyev adına Muxax kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin texniki işçisi Yusubova Rahilə Hüseyn qızının yubileyləri münasibətilə tədbir keçirilib.

Tədbirdə ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov, Zaqatala Rayon üzrə Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva və sektorun əməkdaşları iştirak ediblər.

Tədbir zamanı yubilyarların əmək fəaliyyətləri, təhsil müəssisələrində gördükləri işlər və kollektivin fəaliyyətindəki xidmətləri qeyd olunub. Onlara səmimi təbriklər çatdırılıb, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Yubilyarlar göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

ETİHİ Zaqatala Rayon Komitəsi çoxsaylı ittifaq üzvləri adından Qurbanova Elnarə Rza qızını və Yusubova Rahilə Hüseyn qızını yubileyləri münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində yeni-yeni uğurlar arzulayır!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: