“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada təhsil işçisinin yubiley tədbiri qeyd edildi.

13/04/2026, 20:55
xeber1

03.04.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsi tərəfindən M.Nəzirova adına Suvagil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi İsgəndərov Beydulla Mikayıl oğlunun yubiley tədbiri qeyd edildi.ETİHİ Zaqatala rayon komitəsinin hədiyəsini məktəbin İlk Həmkarlar İttifaqı sədri Musayeva Fəridə tərəfindən İsgəndərov Beydulla Mikayıl oğluna təqdim edildi.Yubileydə M. Nəzirova adına Suvagil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Abdurahman Soltanov və məktəb kollektivi iştirak edib.Tədbir çay süfrəsi ətrafında davam etdirilib.Göstərilən diqqət və qayğıya görə İsgəndərov Beydulla Mikayıl oğlu ETİHİ Respublika komitəsinin rəhbərliyinə və ETİHİ Zaqatala rayon komitəsinin rəhbərinə öz təşəkkürünü bildirib.ETİHİ Zaqatala rayon komitəsi adından İsgəndərov Beydulla Mikayıl oğluna can sağlığı,işlərində uğurlar gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: