Xəbərlər
Zaqatalada təhsil işçisinin yubiley tədbiri qeyd edilib

02.04.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsi tərəfindən A.Hacıyev adına Əliabad qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbin təsərrüfat işləri üzrə direktor müavini Balayev Saleh Rizvan oğlunun yubiley tədbiri qeyd edilib.ETİHİ Zaqatala rayon komitəsinin hədiyyəsini məktəbin İlk Həmkarlar Təşkilatının sədri Həsənova Asimə Qurban qızı tərəfindən Balayev Saleh Rizvan oğluna təqdim edilib.Yubileydə A.Hacıyev adına Əliabad qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İbrahimxəlilova İradə Əli qızı və məktəb kollektivi iştirak edib.Göstərilən diqqət və qayğıya görə Balayev Saleh Rizvan oğlu ETİHİ Respublika komitəsinin rəhbərliyinə və Zaqatala rayon komitəsinə təşəkkürünü bildirib.ETİHİ Zaqatala rayon komitəsi adından Balayev Saleh Rizvan oğluna can sağlığı,uzun omür gələcək həyatında uğurlar arzu edirik.






