“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş ittifaq üzvləri arasında Şahmat idman turniri keçirildi.

23/03/2026, 15:22
xeber1

18.03.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun və Uşaq Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş ittifaq üzvləri arasında Şahmat idman turniri keçirildi.Şahmat turnirində ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov, Zaqatala rayon üzrə Təhsil Sektorunun məsləhətçisi Rəna Abdurahmanova Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Samir Yusifov iştirak etmişdilər.Tedbiri giriş sözü ilə ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov açaraq Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən geniş söz açmış,iştirakçılara uğurlar arzulamışdır.Turnirin qalibləri ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov tərəfindən kubok,medal,fəxri fərmanla təltif edildi.

Turnirdə l yerə Vətən Müharibəsi Qəhrəmanı Ş.Qaflanov adına Humanitar fənlər Gimnaziyasının Gənclərinin Çağırışaqədərki hazırlıq rəhbəri Kamran Bayramov

ll yerə Yuxarı Çardaxlar kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Xalidə Xəlilova

lll yerə Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kimya müəllimi Aytən Musayeva layiq görüldü.

Qalibləri ETİHİ Zaqatala rayon komitəsi tərəfindən təbrik edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: