Xəbərlər
Zaqatalada Yeni Suvagil kənd 2 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

31 avqust 2026-cı il tarixində Zaqatala rayonunun Yeni Suvagil kəndində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmir işlərindən sonra istifadəyə verilib.
Aparılan əsaslı təmir nəticəsində məktəbəqədər təhsil müəssisəsinin binası yenilənərək uşaqların təlim-tərbiyəsi, inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün daha əlverişli şərait yaradılıb.
Müəssisənin yenidən istifadəyə verilməsi kənd sakinləri, valideynlər və məktəbəqədər təhsil alan uşaqlar üçün əlamətdar hadisədir.
Yaradılan yeni şərait uşaqların sağlam, təhlükəsiz və müasir tələblərə uyğun mühitdə böyüməsinə, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Bu istiqamətdə görülən işlər regionlarda məktəbəqədər təhsil infrastrukturunun yaxşılaşdırılması və uşaqların hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.












