“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada yubiley tədbiri keçirilib

30/10/2025, 11:53
xeber1

ETİHİ Zaqatala Rayon Komitəsinin təşkilatçılığı ilə Zaqatala rayonu üzrə təhsil sektorunun mühasibi Qənizadə Mirvari Fazil qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov, Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova və həmkarlar ittifaqının üzvləri iştirak edib. Çıxışlarda Mirvari xanımın uzunmüddətli səmərəli fəaliyyəti, peşəkarlığı və məsuliyyətli xidməti vurğulanıb, ona möhkəm sağlamlıq, ailə səadəti və gələcək həyatında uğurlar arzulanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: