Xəbərlər
Zaqatalanın füsunkar guşələrinə kollektiv ekskursiya

Ağdam rayonu Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Zaqatala rayonuna maraqlı və yaddaqalan ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji rahatlığının dəstəklənməsi, kollektiv üzvləri arasında qarşılıqlı əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Səfər zamanı iştirakçılar Zaqatalanın zəngin təbiəti, saf havası və gözoxşayan mənzərələri ilə yaxından tanış olub, birlikdə maraqlı vaxt keçirərək xoş və unudulmaz anlar yaşayıblar. Səmimi söhbətlər, mehriban ünsiyyət və yüksək əhval-ruhiyyə ekskursiyanı hər bir iştirakçı üçün yadda qalan tədbirə çevirib.
ETİHİ Ağdam Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların asudə vaxtının səmərəli təşkili və kollektiv ruhunun gücləndirilməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsini daim diqqət mərkəzində saxlayır. Belə təşəbbüslər həm əməkdaşlar arasında dostluq münasibətlərinin inkişafına, həm də onların iş fəaliyyətinə müsbət motivasiya qazandırılmasına mühüm töhfə verir.
Ümid edirik ki, bu cür ekskursiyalar və sosial layihələr gələcəkdə də davam etdiriləcək, təhsil işçilərinin birliyi və həmrəyliyi daha da möhkəmlənəcək.





