“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər bayramı ərəfəsində Qubadlıdan olan təhsil işçiləri ilə görüş keçirilib

07/11/2026, 11:28
xeber1

ETİHİ Qubadlı rayon Komitəsinin təşkilatçılığı ilə 6 noyabr tarixində Qubadlı rayonundan olan qazi müəllimlərimizin iştirakı ilə yaddaqalan tədbir keçirildi.


Tədbir çərçivəsində əvvəlcə Şəhidlər xiyabanı ziyarət olundu, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, məzarları önünə gül dəstələri qoyuldu.


Daha sonra iştirakçılar 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, xalqımızın birliyini, əsgər və zabitlərimizin misilsiz şücaətini əks etdirən “44 gün” filmini izlədilər. Film bir daha hər birimizə xatırlatdı ki, qazandığımız Zəfər böyük qəhrəmanlığın, fədakarlığın və Vətən sevgisinin nəticəsidir.


Proqramın davamında qazi müəllimlərimizlə səmimi görüş və birgə nahar süfrəsi təşkil olundu. Görüş qarşılıqlı fikir mübadiləsi, xoş söhbətlər və unudulmaz anlarla yadda qaldı.


Bu tədbirin əsas məqsədi yalnız bir araya gəlmək deyil, həm də sıralarımızda olan qəhrəman müəllimlərimizi tanımaq, onların döyüş yoluna, Vətən qarşısındakı xidmətlərinə ehtiram göstərmək və bu qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmaqdır.


Bizim üçün qazi müəllimlərimiz yalnız təhsil işçiləri deyil, həm də Vətən sevgisinin, cəsarətin və fədakarlığın canlı nümunələridir.


Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizə isə möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayırıq!


Qubadlını yaşatmalıyıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: