“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Zəfər günü” ərəfəsində şəhid Cəlil Məmmədlinin anası yad edilib

07/11/2026, 10:07
xeber1

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva “Zəfər günü” ərəfəsində şəhid Cəlil Məmmədlinin anası Aygün xanım Məmmədli ilə görüşüb, şəhidin ailəsinə Rayon Komitəsinin heyəti və üzv təşkilatları adından hörmət və ehtiramını bildirib. 

Cəmil Məmmədli Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı tam orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakultəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. 

2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə çağırılıb və Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Allah şəhidimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: