Xəbərlər
Zəfər Günü münasibətilə şəhid övladları ilə görüş keçirildi!
04/11/2025, 13:06

Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi şəhidlərimizin bizə əmanət qoyduğu övladlarını bir araya toplayaraq onlar üçün mənalı tədbir təşkil edib.
Tədbirdə Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova və digər şəhid ailə üzvləri iştirak ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi şəhid övladlarına hədiyyələr təqdim edib və onların bayramını təbrik edib.
Şəhid övladlarının təbəssümü və qürurlu baxışları bu günün ən böyük hədiyyəsi oldu.
Qələbəmiz mübarək!















