Xəbərlər
Zəfər Günü münasibətilə tədbirlər davam edir
06/11/2026, 15:40

ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!
ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Tədbirlərdə Məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə xalqımızın şanlı Zəfər tarixindən, Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışılır, şagirdlərin hazırladığı səhnəciklər göstərilir, şeirlər və mahnəlar ifa edilir.
Tədbirlərin əsas məqsədi şagirdlərdə Vətənə məhəbbət, milli qürur və tarixi yaddaş hisslərinin gücləndirilməsi, Zəfərimizin gənc nəsilə çatdırılmasıdır.
Zəfərimiz əbədi, üçrəngli bayrağımız daim ucalarda olsun!
































