Xəbərlər
Zəfər Günü münasibətilə “Zəfər biliciləri” adlı bilik yarışı
Daşkəsən şəhər Anar Mürsəlov adına tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaları arasında keçirilən “Zəfər biliciləri” adlı bilik yarışı təşkil edilib. Tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin , Daşkəsən rayon Mədəniyyət Mərkəzinin, “Daşkəsən Dəmir Filiz” MMC-nin, və “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bilik yarışının məqsəd şagirdlərə Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqında ətraflı məlumat vermək, onların Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq idealogiyasına, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və qəhrəmanlıq tariximizə bağlılığını gücləndirmək, eyni zamanda, Zəfər tariximizin gənc nəsil arasında təbliğini genişləndirməkdir.Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 14 ümumtəhsil məktəbini təmsil edən komandalar Zəfər tariximiz, Vətən müharibəsi, Azərbaycanın qəhrəman övladları və dövlətçilik tariximizlə bağlı sualları cavablandıraraq, bilik və bacarıqlarını nümayiş etdiriblər.Yarışın sonunda qalib komandalar müəyyənləşdirilib. Birinci yerə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, ikinci yerə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi, üçüncü yerə Əmirvar kənd H.Qasımov adına tam orta ümumtəhsil məktəbi layiq görülüb. Fərqlənən komandalar diplom və kubokla təltif olunub.



