“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr edilmiş Atletika idman növü üzrə rayon birinciliyi

29/10/2025, 04:14
xeber1

8-Noyabr Zəfər Günü Azərbaycan Respublikası üçün önəmli gündür!


Ölkə idmançılarımızın dünya arenasında əldə etdiyi nailiyyətlər Müzəffər Ali Baş Komandan Cənab Prezident, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.


 Atletika idman növü üzrə rayon birinciliyində birinci yer və Respublika birinciliyində üçüncü yerə  layiq görülmüş M.Əsədov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin idmançıları ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitə sədri Arzu Niftalıyeva görüş keçirdi .


Tədbirdə Uşaq Gənclər İdman Şahmat Məktəbinin Direktoru Rauf Musayev və məktəbin Həmkar Təşkilatı üzvləri iştirak etdilər. İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda şəhid olmuş vətən oğullarının xatirəsi 1 dəqiqəlik sükutla yad edidi.


Görüş Azərbaycan Respublikası Dövlət Himni ilə davam etdi. Yarışlarda yer tutan idmançıları təbrik edilib onlara gələcək həyatlarında uğurlar arzulandı,Sora qalib gələn məşqçi və idmançılara ETİHİ Ağcabədi Rayonu Komitəsinin Fəxri Fərmanı və hədiyyələri təqdim edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: