“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş Airsoft turniri keçirilib

05/11/2026, 12:00
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Həmkar Könüllülər departamentinin təşkilatçılığı ilə tələbələr arasında Airsoft turniri təşkil olunub.

Turnirin keçirilməsində məqsəd tələbələr arasında vətənpərvərlik ruhunun təbliği, komanda işi və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi olub.

Yarışın yekun nəticələrinə əsasən, “Veteranlar” komandası I, “Akulalar” komandası II, “Fafo” komandası III, “Ghost” komandası isə IV yerə layiq görülüb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: