“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş bayram ziyafəti

07/11/2026, 22:35
xeber1

ETİHİ Ağstafa Rayon Komitəsi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram ziyafəti təşkil edildi.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı,Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatının sədri,hüquq-mühafizə orqanlarının nümayəndələri və şəhid ailələri iştirak etdilər.

Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən ziyafətdə Zəfər tariximizin əhəmiyyətindən, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin şücaətindən, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğının vacibliyindən bəhs olundu.

Ziyafətdə iştirak edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını və məmnunluqlarını ifadə etdilər. Eyni zamanda, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətinin hər zaman yüksək qiymətləndirildiyini, qurumun təhsil işçilərinə, xüsusilə təhsil sahəsində çalışan şəhid ailələrinə göstərdiyi diqqət, qayğı və dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğuladılar.

Qeyd olunub ki, həmkarlar ittifaqı öz fəaliyyəti ilə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların hüquq və mənafelərinin qorunmasına, eləcə də şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsinə daim xüsusi önəm verir.

Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların bizə bəxş etdiyi Zəfərin qürurunu yaşatmağın hər birimizin mənəvi borcu olduğu vurğulandı.

Zəfərimiz əbədi, birliyimiz daim möhkəm olsun!

8 Noyabr – Zəfər Günümüz mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: