“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş əl işləri müsabiqəsi

04/11/2026, 21:49
xeber1

8 Noyabr – Zəfər Gününə həsr olunmuş əl işləri müsabiqəsi keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Uşaq-Gənclər İnkişaf Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş əl işləri müsabiqəsi təşkil olundu.

Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlığını və Vətən sevgisini əks etdirən müxtəlif əl işləri nümayiş etdirildi. Biz də bu əlamətdar tədbirdə iştirak edərək sərgilənən əl işləri ilə tanış olduq.

Müsabiqədə hazırladıqları əl işləri ilə fərqlənən müəllimlər və gənclər həmkarlar ittifaqı tərəfindən fəxri fərmanlarla təltif olundular.

Bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin təbliği, yaradıcı istedadların üzə çıxarılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır.

Zəfərimiz daim uca, qələbəmiz əbədi olsun

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: