Xəbərlər
“Zəfər Günü”nə həsr olunmuş fakültələrarası “Nə? Harada? Nə zaman?” (NHN)

Yarışın əsas məqsədi tələbələrin bilik və dünyagörüşünün genişləndirilməsi, məntiqi təfəkkür və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclər arasında intellektual oyunlara marağın artırılması olub. Bilik yarışında UNEC-in müxtəlif fakültələrini təmsil edən 12 komanda iştirak edib. Maraqlı və gərgin rəqabət şəraitində baş tutan yarışın yekun nəticələrinə əsasən:
I yer – “IQnomics” komandası (Beynəlxalq İqtisadiyyat Məktəbi)
II yer – “NAZ LİFAN” komandası (Maliyyə və mühasibat fakültəsi)
III yer – “Spartalılar” komandası (Maliyyə və mühasibat fakültəsi)
Yarışın sonunda qalib komandalar kubok, medal, sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
















