Xəbərlər
Zəfər Gününə həsr olunmuş məktəblərarası şeir müsabiqəsi keçirildi.

8 Noyabr – Zəfər Günü münasibətilə məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, şagirdlərdə Vətənə, dövlətçiliyə və milli qəhrəmanlıq tariximizə sevginin aşılanması məqsədilə şeir müsabiqəsi keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Mustafayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttfaqı Hacıqabul Rayon Komitəsi İttifaqının sədri Sevinc Allahverdiyeva,Hacıqabul rayon uşaq-gənclər inkişaf mərkəzinin direktoru Gülbuta Məlikova,müəllimlər və şagirdlər iştirak etdi.
Müsabiqədə iştirak edən şagirdlər Vətənə, Zəfərə və qəhrəmanlıq salnaməmizə həsr olunmuş şeirləri böyük həvəslə və yüksək emosional duyğularla səsləndirdilər.
Sonda fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olundu.
Bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm əhəmiyyət daşıyır.
Zəfərimiz əbədi, üçrəngli bayrağımız daim ucalarda olsun!
Qarabağ Azərbaycandır!









