“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş Mini Futbol Turniri keçirildi!

07/11/2025, 17:46
xeber1

ELM və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə 07.11.2025-ci il tarixdə 8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam rayonunun təhsil müəssisələri arasında mini futbol turniri keçirildi.Turnir Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunaraq gənclərdə və təhsil kollektivlərində vətənpərvərlik ruhunun, sağlam həyat tərzinin yüksəldilməsinə yönəlib.

Turnir gərgin mübarizə və yüksək əhval-ruhiyyə ilə yadda qaldı. Komandalar qələbə uğrunda əzmlə mübarizə apardılar,sonda qaliblər mükafatlandırıldı.

I yer – Ağdam Musiqi Kolleci

II yer – Ağdam Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

III yer – Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbi

Qalib komandalara kubok, medal və diplomlarla təltif olundular.

Tədbirin keçirilməsində əməyi olan bütün təşkilatçılara və iştirakçılara təşəkkür edirik. Qalibləri ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: