“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Zəfər Günü"nə həsr olunmuş mini-futbol üzrə Goranboy rayon turniri keçirilib

07/11/2026, 15:24
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin dəstəyi, Goranboy Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş mini-futbol üzrə Goranboy rayon turniri keçirilib. 6–7 noyabr 2026-cı il tarixlərində Dəliməmmədli şəhər tam orta məktəbinin idman zalında keçirilən turnirdə 2014–2016 və 2017–2018-ci il təvəllüdlü idmançılar olmaqla, iki yaş qrupu üzrə mübarizə aparıblar. Turnirin keçirilməsində əsas məqsəd Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaq, məktəblilər arasında vətənpərvərlik ruhunu gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq və istedadlı idmançıları üzə çıxarmaq olub. Turnirin yekununda qalib komandalar müəyyənləşdirilərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: