“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib!

06/11/2026, 10:20
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci PHŞ və Ağcabədi Pedaqoji Kolleci PHŞ-nin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə region kollecləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Müxtəlif regionları təmsil edən 9 komandanın iştirak etdiyi yarış maraqlı və gərgin mübarizə şəraitində baş tutub.

Yarışın yekununda qalib komandalar kubok, medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Gənclərin bilik, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının nümayiş etdirildiyi yarışın keçirilməsində məqsəd onların intellektual inkişafına dəstək olmaq, komandalar arasında sağlam rəqabəti və əməkdaşlığı təşviq etməkdir.

Yarışda iştirak edən bütün komandalara təşəkkür edir, qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın şanlı Zəfərimiz!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: