“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş Şahmat turniri

02/11/2025, 09:09
xeber1

8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi , Ağstafa Rayon Uşaq-Gənclər İdman və Şahmat Məktəbi, həmçinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon məktəblərinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə rayon üzrə müəllim və təhsil işçilərinin iştirakı ilə geniştərkibli şahmat turniri təşkil olundu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan edildi. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olundu.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşı Hamil Həsənov, şəhid ailələri, Vətən müharibəsi qaziləri və veteranlar, həmkarlar ittifaqının fəal üzvləri, məktəb direktorları və müəllim kollektivləri iştirak edirdilər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxış edərək 8 Noyabr – Zəfər Gününün tariximizdəki müstəsna əhəmiyyətindən, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından və əldə olunan möhtəşəm Qələbənin xalqımızın sarsılmaz birliyinin təcəssümü olduğunu vurğuladı.

Şahmat turniri ümumilikdə 12stol üzrə 24 iştirakçı arasında yüksək təşkilatçılıqla baş tutdu. İştirakçılar yarış boyunca peşəkar oyun nümayiş etdirərək sağlam rəqabət və intizam prinsiplərinə ciddi riayət etdilər. Maraqla izlənilən və gərgin mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdi:


I yer – təqaüdçü müəllim Yaşar İsgəndərov

II yer – Şirin Həsənov

III yer – Nəsibli İmran

Turnirin sonunda qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi tərəfindən diplom və mükafatlarla təltif olundular.

Tədbir Zəfər Gününün qələbə ruhunu yaşatmaqla yanaşı, müəllimlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, intellektual mühitin inkişafı və sağlam rəqabət ənənələrinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb etdi.

Sonda vurğulandı ki, bu Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan xalqı iki əsrdə əldə olunmamış tarixi Qələbəyə nail oldu.

Allah Ordumuzu qorusun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: