“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ BAŞA ÇATDI

07/11/2026, 17:09
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Ağcabədidə 6–16 yaş qrupu üzrə oğlan və qızlar arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.

Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun, Ağcabədi rayon üzrə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin dəstəyi ilə təşkil olunan turnirə 2 noyabr 2026-cı il tarixində start verilib.

Yarışda ümumilikdə 92 nəfər gənc şahmatçı iştirak edərək öz bilik və bacarıqlarını, məntiqi təfəkkürlərini və strateji düşünmə qabiliyyətlərini nümayiş etdiriblər.

6 noyabr 2026-cı il tarixində turnirə yekun vurulub. Yarışın qalibləri müəyyənləşdirilərək onlara diplomlar təqdim olunub.

Bu cür idman yarışlarının keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında şahmat idman növünə marağı artırmaq, istedadlı şahmatçıları üzə çıxarmaq, sağlam həyat tərzini təşviq etmək və Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaqdır.

Bütün iştirakçıları təbrik edir, qaliblərə yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: