Xəbərlər
Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin və Ağdaş Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat yarışı keçirildi.
Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gərgin və maraqlı mübarizənin sonunda I, II və III yerlərin qalibləri medal və fəxri fərmanla təltif olundu.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilər arasında idmana, xüsusilə şahmata marağı artırmaq, istedadlı gəncləri üzə çıxarmaq və onlara dəstək olmaqdır.
Qalibləri və iştirakçıları təbrik edir, onlara yeni uğurlar arzulayırıq.















