Xəbərlər
Zəfər Gününə həsr olunmuş şahmat yarışına start verildi

Zəfər Günü münasibətilə 2013–2016-cı il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə Qubadlı rayon turnirinə 5 noyabr tarixində start verilib.
Qubadlı rayonu üzrə Gənclər və İdman sektoru, Qubadlı rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi və ETİHİ Qubadlı rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış 5-7 noyabr tarixlərini əhatə edir.
Üç gün davam edəcək yarışın əsas məqsədi yeniyetmələr arasında şahmat idman növünə marağı artırmaq, onların məntiqi təfəkkürünü və strateji düşünmə bacarıqlarını inkişaf etdirmək, istedadlı gəncləri üzə çıxarmaqdır.
ETİHİ Qubadlı rayon Komitəsi tərəfindən yarışın sonunda I, II və III yerlərin qaliblərinin fəxri fərman və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub.
#ZəfərGünü #ŞahmatYarışı #GələcəyinQalibləri #BirlikdəGüclüyük








