“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş stolüstü tennis turniri keçirildi!

28/10/2026, 15:24
xeber1


UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC İdman Klubunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş stolüstü tennis turniri keçirildi.


Yarışın əsas məqsədi tələbələr arasında idmana marağı artırmaq, sağlam rəqabət mühiti yaratmaq və tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq olub. Turnir ərzində iştirakçılar öz bacarıqlarını nümayiş etdirərək maraqlı və rəqabətli mübarizə aparıblar. 


🏆 Turnirin qalibləri:

🥇 I yer — “Mühəndislik” fakültəsinin IV kurs tələbəsi Məhəmməd Kərimov

🥈 II yer — “UNEC Dizayn Məktəbi”nin III kurs tələbəsi Xəlil Babayev

🥉 III yer — “Mühəndislik” fakültəsinin IV kurs tələbəsi Ənvər Babayev


Sonda turnirin qalibləri hədiyyə, diplom və medallarla təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: