Xəbərlər
Zəfər Gününə həsr olunmuş tədbir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Dağ Kəsəmən kənd 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivinin hazırladığı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etdik.
Tədbir çərçivəsində balaca fidanların ifasında vətənpərvərlik ruhunda şeirlər dinlənildi, onların hazırladıqları rəqs nümunələri nümayiş etdirildi. Körpələrin çıxışlarında Vətənə sevgi, Zəfər qüruru, şəhidlərimizin əziz xatirəsinə ehtiram və qəhrəmanlarımıza dərin hörmət öz əksini tapdı.
Balaca fidanların böyük həvəslə hazırladıqları çıxışlar tədbir iştirakçılarına xoş anlar yaşatdı. Bu cür tədbirlər gələcəyimiz olan uşaqların milli-mənəvi dəyərlər ruhunda, Vətənə bağlı və vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda bağçanın kollektivi onlara göstərilən diqqətə, qayğıya və bu əlamətdar gündə onlarla birlikdə olduğumuza görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin təşəkkürlərini bildirdilər.
Biz də öz növbəmizdə tədbirin hazırlanmasında əməyi olan bağça rəhbərliyinə və kollektivinə təşəkkür edir, balaca fidanlarımıza parlaq gələcək arzulayırıq!
Zəfərimiz daim olsun! Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!







