Xəbərlər
Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi və Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir Qarabağ Regional Təhsil İdarəsində keçirilib.
Bərdə rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərə dərin ehtiramını bildirib.
Tədbir iştirakçıları – şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da çıxış edərək Zəfər Gününün əhəmiyyətindən, qəhrəmanlarımızın göstərdiyi igidlikdən danışıblar.
Tədbir zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda ittifaq üzvlərinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub və sonda xatirə fotosu çəkdirilib.




