Xəbərlər
Zəfər Gününə həsr olunmuş turnir
11/11/2026, 09:32

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil müəssisələri arasında sərbəst güləş üzrə turnir keçirilib.
İdmançılar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirakçılar öz fiziki hazırlıqlarını, güclərini və qələbə əzmlərini nümayiş etdiriblər.
Turnirin sonunda müxtəlif çəki dərəcələri üzrə fərqlənən idmançılar mükafatlandırılıblar.
Bu cür idman tədbirlərinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təşviqi, gənclər arasında idmana marağın artırılması, həmçinin Zəfər Gününün daşıdığı milli birlik, mübarizə və qələbə ruhunun yaşadılmasıdır.





