“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin müəllimləri arasında güllə atıcılığı üzrə yarış

02/11/2026, 09:45
xeber1

Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin müəllimləri arasında “Zəfər naminə” adlı güllə atıcılığı üzrə yarış təşkil edilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun ilə keçirilən yarışın məqsədi atıcılıq idman növünün rayonda təbliği və inkişafı, idman ənənələrinin genişləndirilməsi və 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətinin diqqətə çatdırılması olub. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin sədri Rabil İbrahimov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin baş inspektoru, polis baş leytenantı Elşən Yunusov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Daşkəsən rayon sektorunun direktoru Samir Həsənov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında 8 Noyabr – Zəfər Gününün xalqımızın milli qürurunun, birliyinin və qəhrəmanlığının təcəssümü olduğunu vurğulayıb, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbənin xalqımızın yaddaşında əbədi yaşayacağını, rayon rəhbəri turnirin təşkilində əməyi olanlara təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb. Digər çıxış edənlər də 8 Noyabr – Zəfər Gününün xalqımızın sarsılmaz iradəsinin rəmzi olduğunu bildiriblər. Daha sonra yarışın baş hakimi Ceyhun Əliyevin rəhbərliyi ilə turnirə start verilib. İştirakçılar fərdi birincilik uğrunda müəyyən olunmuş qaydalar çərçivəsində mübarizə aparıblar. Birinci yerə Bayan kənd Mikayıl Mustafayev adına tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Nəbiyev Həvəskar Tahir oğlu, ikinci yerə Əmirvar kənd Hafiz Qasımov adına tam orta ümumtəhsil məktəbinin təlim-təbiyə işləri üzrə direktor müavini Məmmədov Şöhrət Müzəffər oğlu və üçüncü yerə Daşkəsən şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ələsgərli Elçin Əli oğlu layiq görülüb. Sonda fərqlənən iştirakçılara medal, diplom və hədiyyə təqdim olun və iştirakçılarla xatirə şəkli çəkdirilib

 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: