Xəbərlər
Zəfər Gününə həsr olunmuş uşaqlar arasında şeir müsabiqəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş uşaqlar arasında şeir müsabiqəsində iştirak etdik.
Müsabiqənin əsas məqsədi Vətənimizin şanlı Zəfər tarixini balaca fidanlarımıza tanıtmaq, onların qəlbində Vətənə sevgi, torpağa bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hisslərini aşılamaqdır.
Balaca fidanların dilindən səslənən vətənpərvərlik şeirləri hər birimizə qürur və sevinc bəxş etdi. Onların saf qəlbində yaşatdıqları Vətən sevgisi, şəhidlərimizin əziz xatirəsinə göstərdikləri ehtiram bir daha sübut etdi ki, qəhrəmanlıq tariximiz və Zəfər ruhumuz gələcək nəsillərə ötürülür.
İnanırıq ki, bu gün Vətən haqqında şeirlər söyləyən balalarımız sabah Vətənini sevən, onun tarixinə, qəhrəmanlarına və dövlətçilik dəyərlərinə hörmətlə yanaşan layiqli vətəndaşlar kimi yetişəcəklər.
Zəfərimiz əbədi, şəhidlərimizin ruhu şad, Vətənimiz daim var olsun!
8 Noyabr – Zəfər Günümüz mübarək!








