Xəbərlər
Zəfər Gününə həsr olunmuş voleybol yarışı keçirilib
08/11/2026, 01:15

Zəfər Günü münasibətilə Abşeron rayonu üzrə təhsil müəssisələrinin komandaları arasında voleybol yarışı keçirilib.
Yarış boyunca komandalar qələbə uğrunda mübarizə apararaq öz idman bacarıqlarını nümayiş etdiriblər. Qarşılaşmaların yekununda Masazır 3 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülərək yarışın kubokunu qazanıb. Qobu 1 nömrəli tam orta məktəbin komandası II, Xırdalan 1 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.
Qalib komandaları təbrik edir, yarışda iştirak edən bütün təhsil müəssisələrinin kollektivlərinə təşəkkürümüzü bildirir, gələcək idman yarışlarında yeni nailiyyətlər arzulayırıq.








