“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Zəfər Günü”nə həsr olunmuş "Zəfər sənə yaraşır Azərbaycan!" adlı tədbir

02/11/2026, 17:20
xeber1

ETİHİ Nərimanov Rayon Komitəsi olaraq əməkdaşlıq etdiyimiz, dəyər verdiyimiz

A.Vəliyev adına 258 nömrəli tam orta məktəbdə keçirilən “Zəfər Günü”nə həsr olunmuş "Zəfər sənə yaraşır Azərbaycan!" adlı tədbirdə iştirak etdik.

Tədbirdə şagirdlər qonaqların qarşısında Vətənə layiq və sadiq qalacaqlarına dair təntənəli şəkildə şərəf andı içdilər. Maraqlı məqamlardan biri o idi ki, Mədinə Mənsimova silahı gözübağlı şəkildə sökdü.

Hərbi orkestrin nümayəndələrinin çıxışı tədbirə xüsusi rəng qatdı.

Bu cür vətənpərvər ruhda şagirdlər yetişdirilməsində əməyi olan ittifaq üzvümüz -hərbi rəhbər Mahir Kazımova Komitəmiz adından təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu cür müəllimlərin tədris etdiyi dərslər bir ömür şagirdlərin Vətənə olan bağlılığını möhkəmləndirəcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: