Xəbərlər
Zəfər Gününün 5 illiyinə həsr olunmuş nərd, dama və şahmat yarışı
07/11/2025, 00:45

UNEC nəzdində Qida Sənayesi Kollecində Zəfər Gününün 5 illiyi münasibətilə işçilər arasında nərd, tələbələr arasında isə dama və şahmat üzrə yarışlar təşkil olunub. Tədbirin məqsədi intellektual bacarıqların inkişaf etdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.
Yarışlar yüksək maraq və rəqabət şəraitində keçib, iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
#zefer #zefergunu #qsk #yarışma #telebe








