Xəbərlər
Zəfər həftəsi çərçivəsində BSU THİK-in Təşkilatçılığı ilə tələbələrin Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.
07/11/2026, 12:44

Ziyarət zamanı tələbələr 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində əldə edilmiş hərbi qənimətlərlə, eləcə də parkda nümayiş etdirilən eksponatlarla tanış olublar.
Ziyarətin əsas məqsədi tələbələrə Vətən müharibəsinin gedişi, Azərbaycan Ordusunun gücü və tarixi Qələbənin əhəmiyyəti barədə əyani məlumat vermək, gənclərdə vətənpərvərlik ruhunu və tarixi yaddaşı gücləndirmək olub.









