“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Zəfər müjdəsi-Aprel"

03/04/2026, 10:30
xeber1

Aprelin 2-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Şəki Dövlət Dram Teatrının və Şəki Dövlət Regional Kollecinin dəstəyi ilə şəhid XTQ baş leytenantı Elnur İskəndərovun əziz xatirəsinə həsr olunmuş “Zəfər Müjdəsi – Aprel" adlı tədbir keçirilib.


Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Töhrablı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin müdir əvəzi Rauf Hacıyev, şəhid ailə üzvləri, qazilər, təhsil və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Əvvəlcə Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, daha sonra “Natiq ritm qrupu”nun və musiqi məktəblərinin şagirdlərinin ifasında “Zəfər marşı” səsləndirilib. Şəki şəhər 5 və 11 nömrəli məktəblərin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi və şeir nömrələri təqdim olunub, sonda isə şəhid Elnur İskəndərovun döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Çıxış edənlər – Elxan Usubov, Vüqar İskəndərov, Ziyafət Xasiyeva və şəhidin bacısı qızı Banu Xəlilova Elnur İskəndərovun həyat və şərəfli döyüş yolundan, qəhrəmanlığından bəhs edərək Aprel döyüşlərinin Azərbaycanın şanlı hərbi qələbələrindən biri olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva tərəfindən şəhidin anasına Elnur İskəndərovun xatirəsinə hazırlanmış xüsusi portret təqdim olunub.

Şəhidin anası Gülnar İskəndərova göstərilən diqqət və ehtirama görə təşkilatçılara minnətdarlığını bildirib.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: