Xəbərlər
Zəfər Olimpiadasının qalibləri ilə tədbir keçirilmişdir.

16 dekabr 2025-ci il tarixində Oğuz rayonu Təhsil Sektorunda Zəfər Olimpiadasının qaliblərinin mükafatlandırılması məqsədilə tədbir keçirilmişdir.Tədbirdə Oğuz rayonu Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, ETİHİ Oğuz rayonu Komitəsinin sədri Fərman İbrahimov, təhsil sektorunun məsləhətçisi Nəsimi Adıyev, müəssisə rəhbərləri, valideynlər və şagirdlər iştirak etmişlər.
Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək bildirmişdir ki, Oğuz rayonu üzrə təhsil alan şagirdlər Zəfər Olimpiadasında fəal iştirak etmiş və uğurlu nəticələr əldə etmişlər. O qeyd etmişdir ki, olimpiadada Oğuz rayonu üzrə ümumilikdə 613 nəfər şagird iştirak etmiş, onlardan 5 nəfər qızıl, 6 nəfər gümüş, 12 nəfər isə bürünc, medallara layiq görülmüşdür.
ETİHİ Oğuz rayonu Komitəsinin sədri Fərman İbrahimov çıxış edərək qalibləri təbrik etmiş, gələcəkdə də bu uğurların davamlı olmasını arzulamışdır.
Tədbirin sonunda uğur qazanmış şagirdlərə diplom və hədiyyələr təqdim olunmuşdur.










