“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Zəfər ruhlu Azərbaycan qadını” adlı təntənəli tədbir keçirilib

10/03/2026, 11:37
xeber1


Xaçmaz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Zəfər ruhlu Azərbaycan qadını” adlı təntənəli tədbir keçirilib.


İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyevin əlamətdar günlərdə zəhmətkeş qadınlarla görüşlərinə dair videoçarx nümayiş etdirilib.


Tədbirdə şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına və qız övladlarına, eləcə də toplantıda iştirak edən bütün xanımlara gül dəstələri təqdim olunub.


Bayram tədbiri yerli mədəniyyət işçilərinin hazırladığı musiqili proqramla davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: