Xəbərlər
Zəfər ruhu daim qalib olsun!
07/11/2025, 19:04

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə rayon üzrə fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələri arasında Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş voleybol turnirinə yekun vuruldu.
Turnirdə fərqlənən komandalar aşağıdakı kimi müəyyənləşdi:
I yer — 21 nömrəli məktəb
II yer — 20 nömrəli məktəb-lisey
III yer — 308 nömrəli məktəb
Qalib komandalar ETİHİ Yasamal Rayon Komitəsi tərəfindən fəxri fərman və kubokla təltif olundu.







