“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər ruhu körpələrin ifasında

06/11/2026, 15:36
xeber1

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 127 nömrəli körpələr evi uşaq bağçasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi iştirakçısı Qasımov Şəhriyar iştirak edib.Tədbirin əsas məqsədi uşaqlara Vətən sevgisi, milli qürur, qəhrəmanlıq və birlik kimi ali dəyərləri aşılamaq, Azərbaycanın şanlı Zəfər tarixini kiçik yaşlarından onların yaddaşına həkk etmək olub.

Tədbir zamanı balacalar Vətənə, doğma Azərbaycana və tarixi Qələbəmizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib, rəngarəng rəqs nömrələri və bədii kompozisiyalarla çıxış ediblər. Azərbaycan bayrağının, milli rəmzlərimizin və Zəfər tariximizin əks olunduğu çıxışlar tədbirə xüsusi ruh və məzmun qatıb.

Balacaların böyük həvəs və sevgi ilə hazırladıqları çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: