Xəbərlər
Zəfər Sevincləri – Şən Startlar Oyunu
06/11/2025, 10:48

Zəfər Sevincləri – Şən Startlar Oyunu
Zəfər Bayramının 5-ci ildönümü münasibətilə N. İsmayılov adına Sabirabad rayonu Əlicanlı kənd tam orta ümumtəhsil məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabirabad Rayon Komitəsinin dəstəyi ilə “Zəfər Sevincləri” adlı şən startlar oyunu keçirilmişdir.
Yarışda müxtəlif sinif şagirdləri arasında maraqlı və dinamik idman növləri üzrə mübarizə aparılmış, uşaqlar öz bacarıq və çevikliklərini nümayiş etdirmişlər. Gərgin və rəngarəng keçən yarışın nəticəsinə əsasən 7 “b” sinif komandası birinci yerə layiq görülmüşdür.
Qalib komandaya ETİHİ Sabirabad Rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynov tərəfindən medal, Fəxri Fərman və kubok təqdim edilmişdir.









