“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfər tariximiz Bərdə təhsil müəssisələrində qeyd olunub

06/11/2026, 10:44
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Bərdə Rayon Komitəsinin üzv təşkilatı olan rayonun təhsil müəssisələrində 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycan xalqının tarixi Zəfərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi və mənəvi dəyəri, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı vurğulanıb.

Çıxış edənlər 8 Noyabrın Azərbaycan tarixində xüsusi yer tutduğunu, bu şanlı Qələbənin xalqımızın milli birliyinin, həmrəyliyinin və Vətən sevgisinin təntənəsi olduğunu qeyd ediblər.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda çıxışlar, şeir kompozisiyaları, ədəbi-bədii proqramlar və digər maarifləndirici tədbirlər təqdim olunub. Şagirdlər və müəllimlər Zəfər tariximizə həsr olunan təqdimatlarla çıxış ediblər.

Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, milli-mənəvi dəyərlərin qorunması və Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasıdır.

Tədbirlər Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və Zəfər Gününün böyük qürur hissi ilə qeyd olunması ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: