“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ZƏFƏRƏ APARAN YOL

26/10/2026, 16:59
xeber1

Şəhid Həsən Süleymanovun anım günü ehtiramla qeyd edildi

26 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan Həsən İsmayıl oğlu Süleymanovun anım günü Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsində Ağabəyli kənd tam orta ümumtəhsil məktəbinin və Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə qeyd edildi.

Anım tədbiri çərçivəsində şəhidin övladları və məktəblilər Şəhidlər xiyabanını ziyarət etdilər, abidələr önünə gül dəstələri qoyaraq Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini ehtiramla yad etdilər.

Sonda şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

Şəhid Həsən İsmayıl oğlu Süleymanovun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: