“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Zəfərə aparan yol” adlı inşa-yazı müsabiqəsi keçirilib.

23/10/2025, 17:02
xeber1

Şəki şəhəri 12 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin və Şəki Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə“Zəfərə aparan yol” adlı inşa-yazı müsabiqəsi təşkil olunub. Təhsil işçiləri arasında keçirilən müsabiqədə 52 nəfər ittifaq üzvü iştirak edib.

Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər komitəsinin sədri Ziyafət Xasiyeva çıxışında Zəfər Gününün xalqımızın tarixindəki əhəmiyyətindən danışaraq, bu qələbənin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıb.Çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayev və digərləri bu bayram münasibəti ilə müsabiqə iştirakçılarını təbrik edərək onların hər birinə uğurlar arzulayıblar.

Daha sonra müsabiqə start götürüb.

Qeyd edək ki, müsabiqənin qalibləri müəyyən olunduqdan sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi tərəfindən mükafatlandırılacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: