Xəbərlər
Zəfərimiz şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramla yad edildi

8 Noyabr – Zəfər Günü münasibətilə ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayevyev və komitənin əməkdaşları tərəfindən bir neçə gün ərzində rayonun müxtəlif kəndlərində yerləşən şəhid məzarları ziyarət edilmiş, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Zəfər Günü ilə əlaqədar keçirilən silsilə ziyarətlərin sonuncu ünvanı Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkı olmuşdur. Rayonun ümumtəhsil müəssisələrinin, eləcə də ETİHİ Masallı Rayon Komitəsinin təsir dairəsində fəaliyyət göstərən təhsil müəssisələrinin kollektivlərinin iştirakı ilə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edilmiş, önünə gül dəstələri qoyularaq qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla anılmışdır.
Bu ziyarətlər bir daha göstərir ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımız heç zaman unudulmur. Onların bizə bəxş etdiyi Zəfər daim qürur mənbəyimiz, şəhidlərimizin əziz xatirəsi isə hər birimiz üçün müqəddəs əmanətdir.
Zəfərimiz əbədi, şəhidlərimizin xatirəsi daim uca olsun!








