“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zəfərimizin qəhrəmanları ilə səmimi görüş

06/11/2026, 15:33
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitet əməkdaşlarından  Şəhid ailələrinin üzvləri,  qazilər və  müharibə iştirakçılarının ailə üzvlərinin iştirakı ilə rəhbərliyin səmimi görüşü təşkil olunub.Görüşün əsas məqsədi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinə, eləcə də müharibə iştirakçılarına göstərilən diqqət və qayğını ifadə etmək olub.Çay süfrəsi ətrafında davam edən görüşdə qonaqlarla səmimi söhbətlər aparılıb, Vətən sevgisi, qəhrəmanlıq, fədakarlıq və Zəfərə gedən şərəfli yol ətrafında fikir mübadiləsi edilib.

Belə görüşlər xalqımızın milli həmrəyliyinin, qəhrəmanlıq salnaməsinə ehtiramın və şəhid ailələrinə, qazilərə göstərilən mənəvi dəstəyin bariz nümunəsidir.

     Zəfərimiz qürurumuz, şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdədir!

     8 Noyabr – Zəfər Günümüz mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: