Xəbərlər
Zəfərimizlə fəxr edirik
05/11/2026, 14:53

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 119 nömrəli uşaq bağçasında Zəfər Gününə aid tədbir keçirilib. Tədbir çərçivəsində balacalar Vətənə, Azərbaycan xalqının qəhrəmanlığına və tarixi Zəfərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib, hazırladıqları bədii kompozisiyalarla çıxış ediblər. Uşaqların ifasında səslənən şeirlər və nümayiş etdirdikləri vətənpərvərlik ruhlu çıxışlar tədbirə xüsusi rəng qatıb.







